Azərbaycan Avropaya xurma tədarükünü bərpa edib
- 04 fevral, 2022
- 09:25
Ötən ilin 11 ayı ərzində Azərbaycan 91 milyon 450,43 min ABŞ dolları dəyərində 129 min 516,5 min ton xurma ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 40,91 %, kəmiyyət olaraq – 39,11 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyaya 84 milyon 558,88 min ABŞ dolları dəyərində 104 min 318,75 ton, Ukraynaya 6 milyon 666,84 min ABŞ dolları dəyərində 24 min 426,91 ton, Türkiyəyə 58,39 min ABŞ dolları dəyərində 230,63 ton, Qazaxıstana 78,66 min ABŞ dolları dəyərində 235,61 ton, Belarusa 62,85 min ABŞ dolları dəyərində 241,53 ton, Moldovaya 19,33 min ABŞ dolları dəyərində 44,82 ton, Latviyaya 5,47 min ABŞ dolları dəyərində 18,25 ton xurma satıb.
2020-ci ilin eyni dövrü ilə müqayisədə Rusiyaya tədarük müvafiq olaraq 42,12 % və 42,33 % artıb, Ukraynaya – 24,45 % və 24,22 % artıb, Qazaxıstana – 2,8 dəfə və 2,6 dəfə artıb, Belarusa – 4,8 dəfə və 4,6 dəfə artıb. Birillik fasilənin ardından Türkiyəyə, 2 illik aradan sonra Moldovaya, 2 il 7 ayın tamamında Latviyaya tədarük bərpa edilib.
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan xurmanı ancaq Rusiyadan alıb. Şimal qonşumuzdan 26,2 min ABŞ dolları dəyərində 13,1 ton məhsul idxal edilib ki, bu da əvvəlki ilin analoji dövrü ilə müqayisədə dəyər ifadəsində 62,23 % çoxdur, kəmiyyət olaraq – 2,67 % azdır.