Azərbaycan Almaniyaya pomidor ixracını bərpa edib
- 01 mart, 2024
- 07:18
Ötən il Azərbaycan 161,98 milyon ABŞ dolları dəyərində 140 min 588 ton pomidor ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 3 %, kəmiyyət olaraq – 0,6 % azdır.
Hesabat dövründə Azərbaycan Rusiyaya 156,55 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 3 % azdır) 137 min 431 ton (-0,1 %), Belarusa 3,25 milyon ABŞ dolları dəyərində (-36 %) 1 min 422 ton (-50 %), Polşaya 1,7 milyon ABŞ dolları dəyərində (+3 dəfə) 1 min 152 ton (+3 dəfə), Ukraynaya 299 min ABŞ dolları dəyərində (+31 %) 374 ton (+20 %), Moldovaya 46,14 min ABŞ dolları dəyərində 52,8 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satıb.
Azərbaycan 3 il 11 ayın tamamında Almaniyaya (35,45 min ABŞ dolları dəyərində 18 ton) pomidor tədarükünü bərpa edib.
2022-ci ildə Azərbaycandan 11 ölkəyə ixrac edilmiş 141,42 min ton pomidorun 97,3 %-i Rusiyanın payına düşüb.