"Aqroservis" 2 mln manatlıq dairəvi suvarma sistemi alır
- 25 dekabr, 2021
- 06:33
Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqroservis" ASC dairəvi (pivot) suvarma sistemi dəstinin quraşdırılmasi ilə birlikdə satınalınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Gilan Pivot" MMC-dir.
Qalib şirkətə 1 milyon 806,5 min manat ödəniləcək.
Qeyd edək ki, ölkədə artıq meliorativ tədbirlərin yaxşılaşdırılması və sudan səmərəli istifadə edilməsi üçün pivot suvarma sistemlərinin geniş tətbiqi təmin olunur. Bu məqsədlə ölkəmizdə pivot qurğularının istehsalı təşkil olunur. Fermer təsərrüfatlarında, xüsusilə böyük aqroparklarda bu sistemlərdən mütləq istifadə olunmalıdır. Çünki bu, məhsuldarlığı böyük dərəcədə artırır və sudan səmərəli istifadə olunmasına imkan yaradır.