“Aqrolizinq” əlavə 57 min ton mineral gübrə alır

ASK
  • 26 sentyabr, 2018
  • 11:07
“Aqrolizinq” əlavə 57 min ton mineral gübrə alır

Bakı. 26 sentyabr. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC əlavə 57 min ton mineral gübrə alınması üçün tender keçirib. 

"Report" xəbər verir ki, bu barədə qurumun Pestisidlər və mineral gübrələrin tədarükü, saxlanması və satışının tənzimlənməsi şöbəsinin müdiri Musa Hüseynov bildirib. 

Onun sözlərinə görə, ilin əvvəlindən 20 min ton mineral gübrələrin alınması üçün müqavilələr bağlanıb və bunun, demək olar ki, hamısı ölkəyə gətirilib.