Aqrar Xidmətlər Agentliyinin sədr müavini Naxçıvanın kənd təsərrüfatı naziri təyin olunub

ASK
  • 21 may, 2025
  • 10:32
Aqrar Xidmətlər Agentliyinin sədr müavini Naxçıvanın kənd təsərrüfatı naziri təyin olunub
Rafail Quliyev

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədr müavini Rafail Quliyev Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri təyin olunub.

"Report" xəbər verir ki, bununla bağlı Naxçıvanın Ali Məclis sədrinin I müavini Bəxtiyar Məmmədov qərar qəbul edib. 

Xatırladaq ki, indiyə qədər sözügedən vəzifəni müvəqqəti olaraq Xəyalə Dadaşova icra edib. O, yerli kənd təsərrüfatı nazirinin müavinidir.

Təyinat barədə ilk xəbər Manşet saytında yer alıb.  

44 filmi