Aqrar Xidmətlər Agentliyi toxumlara uyğunluq sertifikatları verəcək
- 22 oktyabr, 2025
- 16:17

Yaxın aylarda Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) ölkədə istehsal olunan toxumlara uyğunluq sertifikatları verəcək.
"Report" xəbər verir ki, bunu AXA-nın Dövlət toxum nəzarəti və qeydiyyatı şöbəsinin müdiri Fikrət Feyziyev Bakıda keçirilən "Dayanıqlı kənd təsərrüfatında toxumçuluğun rolu" konfransında bildirib.
Onun sözlərinə görə, agentlik dənli bitkilərin toxumlarının sertifikatlaşdırılması qaydası hazırlayıb: "Yaxın gələcəkdə isə digər bitki növlərinin toxumları üçün də analoji qaydalar hazırlanacaq".
Gələcək hədəflərdən danışan F. Feyziyev ölkəyə idxal olunan toxumların keyfiyyətinə nəzarətin gücləndirilməsinin vacibliyini vurğulayıb və bu istiqamətdə işlərin davam etdiyini qeyd edib.
Bundan başqa, AXA rəsmisi deyib ki, agentlik bu il 42 min hektar buğda və arpa toxumluq sahəsində aprobasiya işləri həyata keçirib.