“Aqrar Tədarük və Təchizat” ASC-nin rəhbərliyinə təyinat olub
ASK
- 17 dekabr, 2018
- 12:26
Bakı. 17 dekabr. REPORT.AZ/ Prezident İlham Əliyevin dekabrın 14-də imzaladığı fərmanla Kənd Təsərrüfatı Nazirliyinin (KTN) tabeliyində yaradılmış “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri vəzifəsinin icrası Nazirliyin Aparat rəhbəri Aqil Quliyevə tapşırılıb.
“Report” xəbər verir ki, bu barədə KTN-nin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini Vüqar Hüseynov bildirib.
Qeyd edək ki, Aqil Quliyev bu ilin sentyabr ayından aparat rəhbəri vəzifəsində çalışır. Bundan əvvəl isə o, Nazirliyin Daxili nəzarət və audit şöbəsinin müdiri olub.
“Aqrar Tədarük və Təchizat” ASC ləğv edilmiş “Ərzaq məhsullarının təchizatı və tədarükü” ASC-nin hüquqi varisidir. Bu qurumun rəhbəri Əbülfət Qocayev olub.
Son xəbərlər
10:42
Rusiyanın Ukraynaya zərbələri nəticəsində 4 nəfər ölüb, 30-dan çox insan yaralanıb
Digər ölkələr10:41
Gəncədə neft çənlərində yanğının söndürülməsi üzrə təlim keçirilib
Daxili siyasət10:35
AAYDA vətəndaşlara müraciət edib
İnfrastruktur10:33
Dünya Qadın Seriyası: "Neftçi SOCAR" Takasaki mərhələsinə qələbə ilə start verib - YENİLƏNİB
Komanda10:32
Azərbaycan Mərkəzi Bankının baş direktorlarından biri işdən çıxıb
Maliyyə10:28
Azərbaycan manatının nominal və real effektiv məzənnələri iyulda da artıb
Maliyyə10:26
"Böyük Dəbilqə": Azərbaycanın daha beş cüdoçusu tatamiyə çıxacaq
Fərdi10:22
Füzulidə 12 yaşlı uşaq atdan yıxılaraq ölüb
Hadisə10:20