Anar Cəfərov: "Bölgələrdə keçirilən biznes festivallarında 300-dən çox şirkət iştirak edir"

ASK
  • 05 oktyabr, 2026
  • 11:09
Anar Cəfərov: Bölgələrdə keçirilən biznes festivallarında 300-dən çox şirkət iştirak edir

Bölgələrdə keçirilən biznes festivallarında 300-dən çox yerli və xarici şirkət iştirak edir.

Bunu "Report"un Ağdama ezam olunmuş əməkdaşına açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov deyib.

Onun sözlərinə görə, artıq 5 ildir ki, bölgələrdə biznes festivalları keçirilir: "Bu festivalların keçirilməsində əsas məqsəd dünyada baş verən bütün yenilikləri fermerlərimizin diqqətinə çatdırmaqdır. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, bu festivallarda ümumilikdə 300-dən çox yerli və xarici şirkət iştirak edir. Onların təqdim etdiyi məhsullar əsasən innovativ yeniliklərdir. Xüsusilə fermerlərimizin öz təsərrüfatlarında tətbiq edə biləcəyi avadanlıqlar, çiləyici aparatlar, texnikalar, müxtəlif gübrələr, sertifikatlı toxum və tinglər və sair məhsullar təqdim olunur".

O qeyd edib ki, bunun üçün də fermerlər mütəmadi olaraq bu tədbirlərdə iştirak edərək ən son nailiyyətlərlə yaxından tanış olmaq imkanı əldə edirlər.

44 filmi