Aİ və FAO Azərbaycanda yeni layihənin həyata keçirilməsini müzakirə edir

ASK
  • 31 yanvar, 2023
  • 11:21
Aİ və FAO Azərbaycanda yeni layihənin həyata keçirilməsini müzakirə edir

“Avropa İttifaqının (Aİ) məqsədlərindən biri Azərbaycanda mümkün qədər çox fermeri əhatə edəcək layihələrin həyata keçirilməsidir”.

Bunu “Report”a açıqlamasında Aİ-nin Azərbaycandakı Ofisinin nümayəndəsi Viktor Boşkov bildirib.

Onun sözlərinə görə, Aİ tezliklə Azərbaycanda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birlikdə yeni layihəyə başlaya bilər: “FAO və Azərbaycan hökuməti ilə əməkdaşlığımızın nə qədər uğurlu olduğunu görürük”.

V.Boşkov əlavə edib ki, Kənd Təsərrüfatı Nazirliyi də aqrar sektorla bağlı layihələrdə Aİ ilə əməkdaşlığı yüksək qiymətləndirir.

O xatırladıb ki, Aİ-nin maliyyə dəstəyi ilə ötən ilin dekabrında Kürdəmirdə nar şirəsi istehsalı üzrə mini zavodun istifadəyə verilməsi Azərbaycanda nar istehsalının inkişafına yardım göstərib.

Aİ-nin Azərbaycandakı Ofisinin nümayəndəsi qeyd edib ki, yeni layihə kənd təsərrüfatının başqa istiqamətini əhatə edəcək.