Ağstafada Aqrar İnnovasiya Festivalı keçiriləcək

ASK
  • 24 avqust, 2023
  • 10:10
Ağstafada Aqrar İnnovasiya Festivalı keçiriləcək

Sabah Ağstafa rayonunda növbəti Aqrar İnnovasiya Festivalı keçiriləcək.

"Report" bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, tədbir Ağstafa Aqrar Sənaye Kompleksinin ərazisində baş tutacaq. Festival çərçivəsində 3-cü toxum sərgi-satış yarmarkası təşkil ediləcək.