Ağcabədi rayonunda 16 min tondan çox pambıq yığılıb
ASK
- 22 oktyabr, 2022
- 09:01
Bu günə Ağcabədi rayonunda sahələrdən 16 min tondan çox pambıq yığılıb.
"Report" bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, hazırda rayon üzrə orta məhsuldarlıq 14 sentner təşkil edir. Bu il Ağcabədi rayonunda 11 838 hektar sahədə pambıq əkini aparılıb.
Qeyd edək ki, Respublika ərazisində məhsul yığımı prosesinə 447 pambıqyığan kombayn və 3 085 traktor yedəyi cəlb olunub. Texnikaların sayı məhsulun 100 %-ə yaxınını mexaniki üsulla yığmağa imkan verir.
Bu il ölkə üzrə 16 rayonda 100 min hektardan artıq sahədə pambıq əkilib. Ən çox pambıq Saatlı, Ağcabədi, Sabirabad, Bərdə, Salyan, Neftçala və Beyləqan rayonları ərazisində əkilib. Bu rayonlarda pambıq sahələrinin həcmi 8 min hektardan çoxdur.
Son xəbərlər
01:17
"JPost": Netanyahunun oğlu sui-qəsd təhlükəsinə görə təcili olaraq ABŞ-dən İsrailə təxliyə edilib
Digər ölkələr01:09
Serbiyalı boksçu Velyko Rajnatoviç "Balkan Boxing 11" turnirində rəqibinə nokautla qalib gəlib
Fərdi00:36
Kipr sahillərində qayıq qəzaya uğrayıb, bir nəfər həlak olub
Digər ölkələr00:11
Varşava "Patriot" istehsalının bir hissəsinin Polşaya köçürülməsi barədə ABŞ ilə danışıqlar aparır
Digər ölkələr00:00
Bu gün Türkiyədə Zəfər Bayramıdır
Region23:51
Sabirabadda iki yaşlı uşaq hovuzda boğularaq ölüb
Hadisə23:38
Britaniyanın sabiq XİN rəhbəri 2028-ci ildə London meri postu uğrunda mübarizə aparacaq
Digər ölkələr23:22
Azərbaycan boksçusu Rəhim Əliyev Serbiyada keçirilən turnirdə məğlub olub
Fərdi22:58